Plexr Cihazının Ümumdünya Treyneri
Samira Mehdiyeva
2017-ci ildə Beynəlxalq Tibbi-Estetik Akademiyaya (GMV Academy-İtaliya) üzv qəbul olunmuş, əməliyyatsız Blefaroplastika sahəsindəki uğurlarına, yeniliklərinə görə “İlin Nəticəsi” nominasiyası ilə GMV Academy tərəfindən tarifnaməyə layiq görülüb.Bundan əlavə Rusiyada,İtaliyada və Azərbaycanda bir çox Nominasiyaların qalibidir.
Plexr Cihazının Ümumdünya Treyneri
Samira Mehdiyeva Kimdir?
2017-ci ildə Beynəlxalq Tibbi- Estetik Akademiyaya (GMV Academy-İtaliya) üzv qəbul olunmuş, əməliyyatsız BLEFAROPLASTİKA sahəsindəki uğurlarına, yeniliklərinə görə “İlin Nəticəsi” nominasiyası ilə GMV Academy tərəfindən tarifnaməyə layiq görülüb. Bundan əlavə Rusiyada,İtaliyada və Azərbaycanda bir çox nominasiyaların qalibidir.
Hal hazırda Medup Clinic Tibbi Estetik Mərkəzin direktorudur. Eyni anda da Mesa Group MMC nin Rəsmi təlimçisi, Plexr cihazının Ümumdünya Treyneridir. Plexr cihazı üzrə dünyanın aparıcı mütəxəssislərindən biri sayılır. 12 mindən çox uğurlu prosedur etmişdir. İspaniya, İtaliya, Almaniya, Fransa və Rusiya başda olmaqla 60-dan çox Beynəlxalq Konfrans, Seminar, Təhsil artırma və Tibbi Estetik Kursların iştirakçısı olmuşdur.
Aərbaycanda İlk: Plexr cihazı ilə əməliyyatsız rinoplastika
Plexr cihazı nədir və müalicə etdiyi xəstəliklər
Plexr cihazı ilə aparılan TOP5 prosedur
Aərbaycanda İlk: Plexr cihazı ilə əməliyyatsız rinoplastika
Plexr cihazı nədir və müalicə etdiyi xəstəliklər
Plexr cihazı ilə aparılan TOP5 prosedur
Samira Mehdiyeva
Konferans ve Laureatlar
S.Mehdiyeva Bakıda Azərbaycan özəl tibbi qurumları iştirakı ilə keçirilən IV Beynəlxalq Estetik və Anti-Age təbabət üzrə Azərbaycan Konqresində Əməliyyatsız Göz Qapağı Estetikasında “Qızıl Standart” laureatını qazanmışdır. Samirə xanım Respublikada və Xarici ölkələrdə keçirilən bir sıra tibbi estetik tədbirlərə dəvət almış və mükafatlara layiq görülmüşdür.
Samira Mehdiyeva
Prosedurlar
Plexr cihazı ilə problemlərinizdən azad olun
Blefaroplastika
Plexr cihazıyla burun kiçiltmə
Dəri elastozu
Hər növ xoşxassəli törəmələr
(interadermal nevus papiloma, ksantelazma, angiyoma, milumlar, ziyil, lipoma, ateroma)
Ziyil
Xal
Papilloma
Full Face
Ksantelazma
Lipoma
Ateroma
Post akne çapıqları
Genital bölgə böyük və kiçik dodaqların korreksiyası
Labioplastika
Gingivoplastika
Çil
Ləkə
Məsamələr
Dodaq fibrozları və dodaq kiçiltmə
Tatu, rəngli döymələr
Prosedurların
Öncəsi və Sonrası
Prosedurlarımızın möhtəşəm nəticələrini görün
Prosedurlar Haqqında
Tez-Tez Verilən Suallar
Əlavə suallarınız üçün bizimlə əlaqə saxlayın
Plexr cihazı təbii plazma texnologiyası ilə çalışan İtaliya istehsalı olan patentli tibbi cihazdır. Plexr istifadəsi zamanı proses olan bölgədə qaz halında olan azot və su buxarının yüksək enerjisi ilə əmələ gələn plazma ilə prosedur icra olunur. Yaranmış iyonlar vasitəsi ilə cildimizə təsir edərək yenilənməni təmin edir.
Ən çox verilən suallardan biri isə prosedurdan sonra iz qalırmı? Bütün tibbi,cərrahi və qeyri cərrahi müalicələrdə olduğu kimi, müdaxilə olunan bölgədə reabiltasiya müddəti bitdikdə az qızarıqlıq olur , bu qızarıqlıq da dərinin yenilənməsinin bir parçasıdır və zamanla aradan qalxır. Yəni heç bir əks göstəriş və iz saxlamır. Orijinal cihaz, düzgün prosedur və prosedur sonrası düzgün baxım olubsa heç bir halda qızartı və ya ləkə qalma ehtimalı yoxdur.
Plexrlə olunan prosedurların (əməliyyatsız blefaroplastika, burun kiçiltmə, full face, post akne və s.) reabiltasiya dövrü 7- 14 gün olaraq dəyişir. 7- 14 gün olmasının səbəbi prosedur zaman plexr cihazı ilə nöqtəsəl toxunuşlar olduğu üçün orada qabıqlanma baş verir və bu qabıqlanma 7- 14 gün ərzində tam şəkildə aradan qalxır.
Plexr cihazı ilə olunan prosedurlardan əməliyyatsız blefaroplastika və burun kiçilmə proseduru üçün verilən ən çox suallardan biri qalıcılığın nə qədər olmasıdır? Burun kiçiltmənin qalıcılığı ömürlükdür, əməliyyatsız blefaroplastikanın qalıcılığı isə 5 – 7 il olaraq təbii yaşlanma ilə əlaqədar olaraq dəyişir.
Plexr cihazı ümumilikdə 50’dən çox prosedur etmə imkanına malikdir. Lakin kosmetoloji və dermatoloji sahədə biz xalların, papilomaların, yağ bezlərinin, ksentalazmanın, ləkərin, çillərin, çapıqların, qırışların və s. bu kimi prosedurların icrasını edirik.
Pasiyentin istəyinə uyğun olaraq bu proseduru yay aylarında etmək mümkündür, lakin məsuliyyət tələb edir. Çünki günəş şüaları aktiv olduğu üçün qorunmadığı halda eritemanın 5-6 ay qalma ehtimalı böyükdür. Bunun üçün plexrlə icra olunan nahiyəni günəş şüasından qorumaq lazımdır. Günəşə çıxmadığı və SPF vasitələrlə qorunduğu halda problem olmaz.
Əməliyyatsız blefaroplastika artıq dərinin cərrahi və ya plexr cihazı ilə qeyri cərrahi yolla aradan qaldırılmasıdır. Plexr cihazı ilə olunmasının müsbət yönləri çoxdur. Çünki kəsik, narkoz, qanama və əməliyyat sonrası çapıq izi qalma kimi mənfi yönləri yoxdur. Reabiltasiya dövrü daha azdır. Amma qeyd etmək lazımdır ki, bəzi xəstələrdə cərrahiyə ilə əldə edilən 1 seanslıq nəticəni Plexr cihazı ilə 2 və ya 3 dəfəyə almaq lazım ola bilər. Plexr cihazı cərrahiyəni əvəz etmir, sadəcə alternativ qeyri invaziv metoddur və cərrahların gördüyü işi asanlaşdırmaq üçün mövcud olan texnologiyadır.
Bu prosedurlar üçün standart yaş həddi yoxdur. Ancaq doktorlar tərəfindən burun kiçiltmə 18 yaş üstü , əməliyyatsız blefaroplastika isə 40 – 45 yaşlarında edilməsi daha məsləhət görülür.
Plexr cihazı İtaliyanın GMV şirkətinin istehsalı olub, dünyanın 60-dan çox ölkəsində həkim dermatoloqlar və plastik cərrahlar tərəfindən istifadə olunan patentli, əmtəə nişanına sahib, FDA təstiqi olan cihazdır. Əfsuslar olsun ki, bütün dünyada olduğu kimi ölkəmizdə də bu cihazın adını istifadə edən bir çox orijinal olmayan ucuz texnologiyalar vardır.
Orijinal cihazın 2 modeli mövcuddur: Plexr Pro, Plexr Plus (daha əvvəlki dövrlərdə Plexr Cubo modeli də mövcud olub). Prosedur etdirmək istəyərkən cihazın orijinallığını dəqiqləşdirmək üçün ilk növbədə cihazın dizaynını (Rəsmi Distributor Mesa Group MMC) dəqiqləşdirmək, istifadəçinin sertifikatını (Rəsmi Distibutor Mesa Group MMC-nin təstiq və təqdim etdiyi) yoxlamaq lazımdır.
Müalicələr Haqqında
Faydalı Məlumatlar
Plexr ilə müalicələrimiz haqqında faydalı məlumatlar əldə edin
Əməliyyatsız Blefaroplastika
Gözqapağı əməliyyatı (Blefaroplastika) ən çox edilən əməliyyatlar arasında hər zaman ilk üç sıradadır. Bəzi insanlarda isə
Plexr cihazı ilə burun kiçiltmə
Cərrahi bir müdaxilə olmadan Dr. Samirə Mehdiyeva tərəfindən öz texnikası ilə Plexr cihazı vasitəsi ilə burun
Full Face və Post Akne proseduru
Plexr cihazı ilə olunan prosedurlardan biri də pasiyentlərin sevdiyi və nəticələri uğurlu olan full face prosedurudur.